Somalinin cənubunda mərmi partlayışı nəticəsində azı 27 nəfər ölüb, daha 53 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Somalinin Milli Xəbər Agentliyi məlumat yayıb.
Ölənlər arasında 10-15 yaş arası azı 25 uşaq və yeniyetmənin olduğu qeyd edilir.
Hadisə Koryoley şəhəri yaxınlığında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Somalinin cənubunda hərbi sursatın partlaması nəticəsində azı 25 uşaq həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hökumət sözçüsü Abdi Əhməd Əliyə istinadən məlumat yayıb.
Ölənlər 10-15 yaş arasında olub.
Bundan əvvəl "Agence France-Presse" 22 nəfərin öldüyünü bildirmişdi.
Somalinin cənubunda mərmi partlayışı nəticəsində ikisi uşaq olmaqla azı 22 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə Koryoley şəhəri yaxınlığında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.