Sergey Lavrov: "Rusiya Ukraynanın NATO-ya daxil olmaq fikrinə mənfi yanaşır

Sergey Lavrov: "Rusiya Ukraynanın NATO-ya daxil olmaq fikrinə mənfi yanaşır "Hər kəs NATO-nun gələcəkdə genişlənməsinin zərərini dərk edir"
Digər ölkələr
28 Noyabr , 2014 19:47
Sergey Lavrov: Rusiya Ukraynanın NATO-ya daxil olmaq fikrinə mənfi yanaşır
Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiya Ukraynanın NATO-ya daxil olması barədə bəyanatlara mənfi yanaşır. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib. 

"Hər kəs NATO-nun gələcəkdə genişlənməsinin zərərini dərk edir, bu da yalnız kontinentdə bölücü xətlərin yerini dəyişir", - S.Lavrov qeyd edib.

"Ukrayna və Sevastopol Alyansın üzvləri də daxil olmaqla, hamı anlamalıdır ki, bu gün Avropaya kontinenti bölmək istəyən qapalı bloklar əvəzinə, vahid hüquqi məkanda yaşamaq imkanı verən və "bir ölkə - bir səs" demokratik prinsipi əsasında fəaliyyət göstərən Avropa Şurası kimi təşkilatlar tələb olunur", - RF XİN rəhbəri əlavə edib. 

Son xəbərlər

Orphus sistemi