Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransanın hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır.
“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Bassiru Diomay Fay bəyan edib.
"Seneqal müstəqil, suveren ölkədir. Suverenlik hərbi bazaların mövcudluğuna icazə vermir", - B.Fay Fransanın hərbi bazalarını nəzərdə tutaraq bildirib.
O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə konstruktiv münasibətlərini nümunə gətirib. Qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur.
Prezident, həmçinin bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə rəsmi üzr tələb etmək hüququ var.
Qeyd edək ki, Seneqal Fransanın keçmiş müstəmləkəsidir.