SCMP: Honkonqda yük təyyarəsi uçuş-enmə zolağından çıxıb
Digər ölkələr
- 20 oktyabr, 2025
- 04:11
Dubayın "Emirates" aviaşirkətinə məxsus yük təyyarəsinin Honkonqda uçuş-enmə zolağından çıxması nəticəsində iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti polisin açıqlamasına istinadən məlumat yayıb.
Təyyarənin yerli vaxtla təxminən saat 05:00-da (Bakı vaxtı ilə 01:00) eniş zamanı "yerüstü nəqliyyat vasitəsi" ilə toqquşduğu ehtimal olunur. Nəqliyyat vasitəsindəki iki sərnişin həlak olub.
"İlk olaraq iki kişinin itkin düşdüyü bildirilsə də, polis onlardan birinin tapıldığını və daha sonra xəstəxanaya aparıldığını bildirib", - deyə SCMP yazıb. Təyyarədəki dörd ekipaj üzvünün heç biri xəsarət almayıb.
Hadisə nəticəsində uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb.
Son xəbərlər
12:44
Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası Bakıda keçiriləcək
Biznes12:37
London klubu antirekorda imza atıb
Futbol12:21
Bəzi yerlərdə yağış yağacaq
Ekologiya12:11
Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib
Region12:00
Abbas Əraqçi: ABŞ ədalətli razılaşmaya hazır deyil
Region11:38
Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
Fərdi11:33
Tərtərdə kanalda batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə11:31
Moldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır
Digər ölkələr11:14
Foto