Salvadorda güclü zəlzələ olub
Digər ölkələr
- 19 iyul, 2023
- 02:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salvador sahillərində 6,5 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 6,3 min nəfər əhalisi olan Çirilaqua şəhərindən 45 km cənub-şərqdə yerləşir. Zəlzələnin ocağı 70 km dərinlikdə olub. Salvadorun Ətraf Mühit Nazirliyi sunami təhlükəsinin olmadığını bildirib.
“20minutos”un məlumatına görə, Salvadorun bəzi bölgələrində baş verən təbiət hadisəsindən sonra elektrik və telefon rabitəsi kəsilib.
Tələfat və maddi ziyan barədə məlumat yoxdur. KİV-də yayılan məlumata görə, yeraltı təkanlar Salvadorla yanaşı Honduras və Nikaraquada da hiss olunub.
Son xəbərlər
02:29
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
Komanda
02:13
Vuçiç Serbiyada prezident seçkilərini diqqətdən kənarda qoyacağını açıqlayıb
Digər ölkələr
02:02
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
Digər ölkələr
01:48
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
Digər ölkələr
01:28
FIBA Avropa Kuboku: "LANDAU Lions" İsveçrə təmsilçisi ilə qarşılaşıb
Komanda
01:18
Foto
Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var
Hadisə
00:57
Pakistanda patrul xidmətinə hücum nəticəsində on polis ölüb, 18 yaraqlı zərərsizləşdirilib – Yenilənib
Digər ölkələr
00:44
"Ordu" CEV Çelenc Kubokunda ilk oyununda qələbə qazanıb
Komanda
00:34
Kobaxidze: Gürcüstan əhalisi arasında Aİ-yə üzvlüyə dəstək 70 %-dən çoxdur
Region