Sabah Qahirədə Qəzzadakı durumla bağlı beynəlxalq konfrans keçiriləcək

Sabah Qahirədə Qəzzadakı durumla bağlı beynəlxalq konfrans keçiriləcək Misirin paytaxtı Qahirədə oktyabrın 21-də “Yaxın Şərqdə Sülh uruğunda” mövzusunda beynəlxalq toplantı keçiriləcək.
Digər ölkələr
20 Oktyabr , 2023 15:37
Sabah Qahirədə Qəzzadakı durumla bağlı beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 21-də Misirin paytaxtı Qahirədə “Yaxın Şərqdə Sülh uğurunda” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, toplantıda Fələstin dövlətinin başçısı Mahmud Abbas, Misirin xarici işlər naziri Sameh Şükri, Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel, İtaliyanın Baş naziri Corca Meloni, Almaniyanın XİN başçısı Annalena Berbok, Fransanın xarici işlər naziri Katrin Kollanna iştirak edəcək.

Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Qəzza zolağında gərginliyi azaltmaq, Fələstin məsələsinin ədaləti həlli yolunu tapmaq və atəşkəsin əldə olunmasına yardım etmək məqsədi ilə çağırılıb.

Qeyd edək ki, oktyabrın 21-də Misirin Qəzza zolağı ilə sərhədindəki “Rəfah” keçid məntəqəsindən Fələstinə humanitar yardımın daşınması və oradan insanların təxliyə olunması üçün humanitar dəhlizin açılacağı da gözlənilir.

Son xəbərlər

Orphus sistemi