Rusiya Zakarpat əsilli ukraynalı hərbçiləri Macarıstana təhvil verib

Rusiya Zakarpat əsilli ukraynalı hərbçiləri Macarıstana təhvil verib Zakarpat əsilli ukraynalı hərbi əsirlərin Macarıstana təhvil verilməsi Rus Pravoslav Kilsəsinin iştirakı ilə baş tutub.
Digər ölkələr
8 İyun , 2023 22:53
Rusiya Zakarpat əsilli ukraynalı hərbçiləri Macarıstana təhvil verib

Zakarpat əsilli ukraynalı hərbi əsirlərin Macarıstana təhvil verilməsi Rus Pravoslav Kilsəsinin iştirakı ilə baş tutub.

“Report” xəbər verir ki, bu barədə Moskva Patriarxlığı məlumat yayıb.

Bildirilib ki, bu, Macarıstan tərəfinin xahişi ilə kilsələrarası əməkdaşlıq çərçivəsində keçirilib.

“2023-cü il iyunun 8-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin xeyir-duası, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə kilsələrarası əməkdaşlıq çərçivəsində Macarıstan tərəfinin xahişi ilə döyüş əməliyyatlarında iştirak etmiş bir qrup Zakarpat əsilli ukraynalı hərbi əsirlər Macarıstana təhvil verilib”, - məlumatda deyilib.

Qeyd edək ki, Ukraynanın Zakarpatye vilayəti macarəsilli ukraynalıların yığcam məskunlaşdığı ərazidir. Region əhalisinin təqribən 10 %-i macardır.

Son xəbərlər

Orphus sistemi