Rusiya Xarkov və Sumı vilayətlərinə zərbələr endirib: 8 yaralı var
Digər ölkələr
- 16 fevral, 2026
- 13:16
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov və Sumı vilayətlərinə növbəti hücumları nəticəsində 8 nəfər yaralanıb.
Bu barədə "Report" Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri son sutka ərzində pilotsuz uçuş aparatları və idarə olunan aviasiya bombaları ilə Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsinə zərbələr endirib.
"58 və 25 yaşlı iki qadın, 61 və 22 yaşlı iki kişi, eləcə də 15 yaşlı uşaq xəsarət alıb. Lozovaya şəhərində dəmiryolu infrastrukturu zədələnib", - məlumatda deyilir.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov isə üç mülki şəxsin yaralandığını bildirib.
"Mülki əhali arasında yaralılar var. 43 və 61 yaşlı iki qadın və 54 yaşlı bir kişi yaralanıb", – o, teleqramda yazıb.
Son xəbərlər
21:04
Almaniyalı güləşçi: "Azərbaycan çempionu Sakit Quliyevi çox bəyənirəm"
Fərdi20:54
SEPAH müharibə başlayandan bəri İsrailə edilən ən güclü hücum barədə bildirib
Digər ölkələr20:47
Pezeşkian İran hökumətinin qarşısında duran iki əsas vəzifəni açıqlayıb
Region20:37
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Energetika20:34
Foto
Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentəriləri Qazaxıstana səfər ediblər
Xarici siyasət20:27
KİV: "Formula 1" Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışları ləğv edə bilər
Formula 120:23
Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəlib
Futbol20:04
Ceyhun Bayramov Türkiyəyə növbəti raket hücumunu qınayıb
Xarici siyasət20:03