Rusiya və Hindistan kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir
- 05 dekabr, 2025
- 15:25
Rusiya və Hindistan nadir torpaq elementləri və kritik əhəmiyyət daşıyan minerallar üzrə əməkdaşlığı dərinləşdirmək istəyir.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" prezidentlərin birgə bəyanatına istinadən xəbər verib.
"Yeni texnologiyalar və qabaqcıl istehsal üçün kritik mineralların strateji əhəmiyyətini qəbul edən tərəflər bu mineralların və nadir torpaq elementlərinin kəşfiyyatı, emalı və işlənməsi texnologiyaları sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə etdilər", – bəyanatda deyilir.
Ölkələr həm də yeni su enerji rektoru qurğulu AES-in tikinti lahiyəsi üzrə texniki və kommersiya məsləhətləşməsini sürətləndirmək barədə razılığa gəliblər. Rusiya layihəli AES üçün birgə tədqiqat işləri, layihələndirmə, lokallaşdırma, komponentlərin və yanacağın yığılması planlaşdırılır.
Bundan əlavə, Rusiya Hindistanın BMT Təhlükəsizlik Şurasının islah olunmuş və genişləndirilmiş daimi üzvlüyünə namizədliyini dəstəklədiyini təsdiqləyib.