Rumıniyada zoopark fermasında taun xəstəliyi aşkar edilib
Digər ölkələr
- 20 iyul, 2024
- 17:26
Rumıniyanın Baya kəndində zoopark fermasında xırdabuynuzlu heyvanların taun xəstəliyi aşkar edilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Baytarlıq Sağlamlığı və Qida Təhlükəsizliyi üzrə Milli Administrasiya məlumat yayıb.
Mövcud qanunvericiliyə görə, yerli hakimiyyət orqanları zooparkın ərazisində bütün mal-qaranı dərhal kəsilərək basdırılması barədə qərar verilib.
Virusun ətrafında mühafizə zonası (3 km radius) və müşahidə zonası (10 km radius) yaradılıb, insanların, heyvanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər görülüb.
Tulça qraflığının bütün heyvandarlıq təsərrüfatları, qonşu əyalətlər, həmçinin Avropa Komissiyası və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı epidemiya barədə məlumatlandırılıb.
Son xəbərlər
16:19
Vuçiç: ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər
Digər ölkələr16:04
Azərbaycan Basketbol Liqası: "Gəncə" "Şəki"ni məğlub edib
Komanda15:59
Foto
Ağsuda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
Hadisə15:30
Azərbaycan klubu yeni basketbolçu transfer edib
Komanda15:22
Azərbaycan Yüksək Liqalarında XII turun oyunlarının vaxtı açıqlanıb
Komanda15:18
Foto
Video
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb
Xarici siyasət15:16
Zelenski yenidən prezident seçkilərində namizədliyini irəli sürə bilər
Digər ölkələr15:09
Əbu-Dabi danışıqları təxirə salınıb, yeni tarix açıqlanıb
Digər ölkələr14:58