Rumıniya XİN: Rusiya prezident seçkilərinə müdaxilə edib
Digər ölkələr
- 19 may, 2025
- 00:11
Rumıniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Çernya ölkədə keçirilən prezident seçkilərinin ikinci turuna Rusiyanın müdaxilə etdiyini bildirib.
“Report” xəbər verir ki, rəsmi şəxs bu barədə “X”dəki səhifəsində yazıb.
"Rumıniyada davam edən prezident seçkiləri zamanı biz yenidən Rusiyanın müdaxilə əlamətlərini görürük", - Çernya bildirib.
Onun sözlərinə görə, seçki prosesinə təsir göstərmək üçün teleqram messencerində yalan xəbərlər kampaniyası başlanıb.
Qeyd edək ki, mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00) olan məlumata görə, 9 milyondan çox insan səs verib ki, bu da adları seçici siyahılarında olanların 50,96 %-ni təşkil edir.
Son xəbərlər
08:02
Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
Daxili siyasət07:57
Almaniya böhran əleyhinə min avroluq ödənişlə bağlı qanun layihəsini bloklayıb
Digər ölkələr07:36
ABŞ İran hərbçilərinə yardım göstərən 10 şəxs və şirkətə sanksiya tətbiq edib
Digər ölkələr07:18
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir
Digər ölkələr06:52
ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
Digər ölkələr06:22
ABŞ Sakit okeanda narkotik vasitələri daşıyan daha bir gəmiyə zərbə endirib
Digər ölkələr05:44
Tramp: ABŞ qoşunları Almaniyadan Polşaya göndərilə bilər
Digər ölkələr05:07
FIA və "Formula-1" 2027-ci il üçün texniki qaydalara dəyişikliklər barədə razılığa gəliblər
Fərdi04:39