Qırğızıstan müttəfiq ölkəyə hücuma görə KTMT-dən çıxarılma təklif edir
Digər ölkələr
- 22 sentyabr, 2022
- 14:51
Qırğızıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni qaydaların tətbiqini təklif edir.
“Report” “24.kg” agentliyinə istinadən xəbər verir ki, bunu Tacikistanla münaqişənin kəskinləşməsi fonunda Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib.
“KTMT ölkələri arasında yaranan bütün problemlər sülh yolu ilə həll olunsun. Kimsə problemi güc yolu ilə həll etməyə ümid edirsə, onun təşkilatdan xaric edilməsini təklif edirik”, - İmankulov bildirib.
O, həmçinin müttəfiqlərə hədə-qorxu gəlsə belə, sanksiyaların tətbiqini təklif edib.
Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstanla Tacikistan sərhədində silahlı münaqişə baş verib. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.
Son xəbərlər
03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var - Yenilənib
Hadisə00:38