Qəzzanın şimalında uşaqların poliomielitə qarşı vaksinasiyası bərpa olunub

Qəzzanın şimalında uşaqların poliomielitə qarşı vaksinasiyası bərpa olunub Qəzzada fələstinli uşaqların poliomielit xəstəliyinə (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik-red) peyvənd edilməsi kampaniyası yenidən başlayıb.
Digər ölkələr
3 Noyabr , 2024 04:38
Qəzzanın şimalında uşaqların poliomielitə qarşı vaksinasiyası bərpa olunub

Qəzzada fələstinli uşaqların poliomielit xəstəliyinə (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik-red) peyvənd edilməsi kampaniyası yenidən başlayıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndəsinə istinadən məlumat yayıb.

Lakin nümayəndə qeyd edib ki, vaksinasiya kampaniyasının keçirilməsi üçün zəruri olan humanitar fasilə yalnız Qəzza şəhərində qüvvədədir. Nəticədə, şəhərdən kənarda olan 15 minə yaxın 10 yaşınadək uşaq peyvənd edilə bilməz, bu da kampaniyanın effektivliyini azaldır.

UNİCEF-in məlumatına görə, ərazidə təxminən 119 min uşaq peyvənd olunmalıdır.

Qəzza zolağında poliomielitə qarşı peyvəndin birinci mərhələsi sentyabrın ilk yarısında, ikinci mərhələsi isə oktyabrda keçirilib. Üçüncü peyvəndlənmə 23 oktyabrda başlamalı idi, lakin gərginlik, bombardman və zəmanətli humanitar fasilələrin olmaması səbəbindən təxirə salınıb.

Avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi Qəzzanın Mərkəzində ilk təsdiqlənmiş poliomielit hadisəsinin qeydə alındığını elan etdikdən sonra anklavda vaksinasiyaya ehtiyac məlum olub. Bu, Deyr əl-Balah şəhərində baş verib. Xəstə 10 aylıq körpədir, o, vaxtilə xəstəliyə qarşı vaksinin heç bir dozasını qəbul etməyib. Azyaşlının diaqnozu Əmmandakı laboratoriya tədqiqatları ilə təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi