Qəddafidən pul alan Sarkozinin həbsxanaya salınacağı vaxt məlum olub
Digər ölkələr
- 13 oktyabr, 2025
- 21:33
2007-ci ildəki seçki kampaniyasını Liviyadan gələn vəsaitlə qeyri-qanuni maliyyələşdirdiyi üçün 5 il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş Prezidenti Nikola Sarkozi oktyabrın 21-də həbsxanaya gedəcək.
"Report" xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, o, cəzasını paytaxtın xüsusi təhlükəsizlik tədbirləri tələb edənlər üçün bölməsi olan Sante həbsxanasında çəkəcək.
Müstəntiqlərin fikrincə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ilə beynəlxalq səhnədə siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almaq barədə razılığa gəlib. Keçmiş prezident korrupsiyada, seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviya dövlətinin vəsaitlərini gizlətməkdə ittiham olunurdu.
Son xəbərlər
16:40
"Abşeron Lions"un basketbolçusu Ceyms Freyzer final seriyasını buraxa bilər
Fərdi16:34
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr16:29
London Marafonunda dünya rekordu yenilənib
Fərdi16:09
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sağlamlıq15:54
Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır
Daxili siyasət15:52
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb
Komanda15:47
Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir
Daxili siyasət15:44
Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Daxili siyasət15:42