Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapuru tərk edə bilmir
Digər ölkələr
- 14 iyun, 2025
- 12:16
Polşa Prezidenti Anjey Duda Yaxın Şərqdəki gərginliyə görə Sinqapurda qalmalı olub.
“Report” “Polsat News”a istinadən xəbər verir ki, Dudanın Sinqapurdan rəsmi səfərdən qayıdacağı reys marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.
Əvvəlcə Polşa Prezidentinin təyyarəsinin cümə günü axşam uçacağı planlaşdırılırdı. Bununla belə, ölkənin Prezident Aparatı Yaxın Şərqdəki vəziyyət və marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar uçuşun daha uzun müddətə təxirə salındığını bildirib.
Nəşr qeyd edir ki, alternativ marşrut artıq müəyyən edilib və Dudanın olduğu təyyarə yaxın saatlarda yola düşməlidir.
Duda və həyat yoldaşı Aqata bazar ertəsindən Cənub-Şərqi Asiyadadır. Prezident ailəsi Malayziya və Sinqapurda olub.
Son xəbərlər
09:38
"Napoli" klubu 38 ildən sonra rekordunu təkrarlayıb
Futbol09:34
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Hadisə09:34
Bakıda Gömrük-Biznes Forumu keçirilir
Biznes09:31
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:30
"Global Media Group"un 8 yaşı tamam olur
Media09:30
NETTY2025 nominantları müəyyən edilib
İKT09:29
Tərtərdə itkin düşən 82 yaşlı qadının meyiti kanaldan tapılıb
Hadisə09:29
Xınalıq yolunda köməksiz qalan turist xilas edilib
Hadisə09:24