Polşa Prezidenti Anjey Duda Polşa hərbçilərinin Ukraynaya yerləşdirilməsini istisna etmir.
“Report” xəbər verir ki, o, bu barədə Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, tərəflər arasında atəşkəs təmin olunandan sonra Polşa hərbçiləri sülhməramlı qismində Ukraynaya gedə bilər.
A.Duda söyləyib ki, bu, həm də NATO-nun qərarından asılıdır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.