Polşa NATO müqaviləsinin 4-cü maddəsinin tətbiq edilməsini istəyib

Digər ölkələr
  • 24 fevral, 2022
  • 06:23
Polşa NATO müqaviləsinin 4-cü maddəsinin tətbiq edilməsini istəyib

Polşa təhlükəsizliyə təhdid olduqda məsləhətləşmələrin keçirilməsi haqqında NATO-nun 4-cü maddəsinin tətbiq edilməsini istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Petr Müller bildirib.

Onun sözlərinə görə, bu gün NATO-nun Ukraynadakı hadisələrlə bağlı iclası keçiriləcək. Polşa NATO-nun şərq cəbhəsində güclənməsini gözləyir.

44 filmi