“Polşa Belarusla sərhədə 10 min əsgər cəmləşdirib”.
“Report” xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin müavini Maçey Vonsik Polşa radiosuna müsahibəsində bildirib. Eyni zamanda, o qeyd edib ki, Polşa-Belarus sərhədində “mütləq sakitlikdir”.
“Biz sərhədi çox gücləndirmişik. Tikdiyimiz hasar böyük əhəmiyyət kəsb edir və bu da bizə çox kömək edir. Bundan əlavə, orada 10 min əsgər var - onlardan 6 mini düşərgədə, 4 mini isə birbaşa sərhəddədir. Bundan əlavə, 5 min sərhədçi və minə yaxın polis əməkdaşı var”, - Vonsik bildirib.
Qeyd edək ki, avqustun 1-də Polşa Belarus sərhədində miqrant axınının artması səbəbindən Belarusla sərhəddə hərbi mövcudluğunu artırdığını elan edib. Son bir il ərzində Polşa hakimiyyəti Belarusla sərhədi qanunsuz keçməyə 16 min cəhd qeydə alıb.