Parisdə baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs tutulub
Digər ölkələr
- 02 sentyabr, 2015
- 14:19
Bakı. 2 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərinin şimalında baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
"Report" "France Press"ə istinadən xəbər verir ki, şübhəli 30 yaşlı kişidir və o, Parisin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Briqadasının əməkdaşları tərəfindən tutulub. Onun yanğın baş verən zaman hadisə yerində olduğu ehtimal edilir.
Şübhəli şahid ifadələri və videoyazıdakı kadrlara əsasən saxlanılıb və hazırda dindirilir.
Qeyd edək ki, sentyabrın 2-də səhər saatlarında Parisin şimalında XVIII dairədə baş verən yanğın nəticəsində 8 nəfər ölüb.
Hadisənin baş vermə səbəbləri məlum deyil. Yanğın olan əraziyə Fransanın daxili işlər naziri Bernar Kaznev və prefektin polis rəisi Mişel Kado gedib.
Son xəbərlər
20:07
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub
Xarici siyasət19:53
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol19:43
Video
İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib
Xarici siyasət19:36
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər
Digər ölkələr19:25
Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Futbol19:09
Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Xarici siyasət19:00
Video
Hikmət Hacıyev: Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq
Xarici siyasət19:00
Türkiyə millisinin futbolçusu Kənan Yıldız əməliyyat olunub
Futbol18:58