​Paris aeroportunda 17 nəfər yoxlamadan keçmədən təyyarəyə minib

​Paris aeroportunda 17 nəfər yoxlamadan keçmədən təyyarəyə minib İnsident iyunun 3-də qeydə alınıb
Digər ölkələr
7 İyun , 2016 04:25
​Paris aeroportunda 17 nəfər yoxlamadan keçmədən təyyarəyə minib

Bakı. 7 iyun. REPORT.AZ/ Parisdən Torontoya uçan "Air Canada" şirkətinə məxsus təyyarənin bəzi sərnişinləri uçuş öncəsi lazımi yoxlamadan keçməyib.

"Report" xəbər verir ki, bu barədə aviaşirkət nümayəndəsinə istinadən CBC telekanalı məlumat yayıb.

İnsident iyunun 3-də baş versə də, bu barədə indi məlum olub. Telekanalın məlumatına görə, göyərtədə olan 325 sərnişindən 17 nəfəri Şarl de Qoll hava limanında təyyarəyə minməmişdən əvvəl vacib yoxlama prosedurundan keçməyib.

Təyyarə heyəti bundan uçuş zamanı xəbər tutub. Bu sərnişinlər Parisdə yerdəyişmə ilə Şri-Lankadan Kanadaya uçublar və "Air Canada" şirkətinin nümayəndəsi Piter Fitspatrik yoxlamadan hələ Şri-Lankada keçdiklərini və Paris hava limanında "təhlükəsizlik zonası"nı tərk etmədiklərini bildirib. Toronto aeroportunda düşdükdən sonra bütün sərnişinlər uçuş-eniş zolağında yoxlamadan keçib.

Mayın ortalarında Fransanın nəqliyyat üzrə dövlət katibi Alen Vidali bildirmişdi ki, ölkə aeroprtlarında təhlükəsizlik məlum terror aktlarından sonra ən yüksək səviyyədə təmin edilib.

Son xəbərlər

Orphus sistemi