Pakistanın cənubunda yol qəzası baş verib, 56 nəfər həlak olub

Pakistanın cənubunda yol qəzası baş verib, 56 nəfər həlak olub Qəzada yaralananlar xəstəxanaya yerləşdirilib, həkimlər 3 nəfərin vəziyyətinin daha ağır olduğunu bildirib
Digər ölkələr
11 Noyabr , 2014 10:51
Pakistanın cənubunda yol qəzası baş verib, 56 nəfər həlak olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Pakistanın cənubunda - Sind əyalətində baş verən yol-nəqliyyat qəzasında qadınlar və uşaqlar da daxil olmaqla azı 56 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir. 

Dəhşətli qəza Sukkur mahalındakı Teri yolunda baş verib. Svat əyalətindən Karaçi şəhərinə hərəkət edən turist avtobusunun sürücüsü yolun ensiz hissəsində ötmə hərəkətini yerinə yetirmək istəyib və sürət həddini aşdıqda idarəetməni itirib. Avtobus yük maşını ilə toqquşduqdan sonra aşıb. Qəzada yaralananlar xəstəxanaya yerləşdirilib, həkimlər 3 nəfərin vəziyyətinin daha ağır olduğunu bildiriblər. 

Pakistan prezidenti Məmnun Hüseyn ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib və yerli yol polis idarəsinə hadisənin səbəblərini dəqiq şəkildə  araşdırmağı tapşırıb. 

Son xəbərlər

Orphus sistemi