Nyu-Yorkda Türkiyə bayrağı ucaldılıb

Nyu-Yorkda Türkiyə bayrağı ucaldılıb Oktyabrın 29-da Cümhuriyyət Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Türkiyənin bayrağı ucaldılıb.
Digər ölkələr
29 Oktyabr , 2022 23:48
Nyu-Yorkda Türkiyə bayrağı ucaldılıb

Oktyabrın 29-da Cümhuriyyət Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Türkiyənin bayrağı ucaldılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin milli simvolu maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

Cümhuriyyət Günü ilə bağlı keçirilən mərasimdə Nyu-York meri Erik Adams, türk diplomatlar və ABŞ-da yaşayan Türkiyə vətəndaşları və həmvətənlərimiz iştirak ediblər.

E.Adams və Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür dövlət himnlərinin müşayiəti ilə Türkiyə və ABŞ bayraqlarını səmaya qaldırılıb.

Çıxışlarda bildirilib ki, artıq 44 ildir Türkiyə bayrağı hər il Cümhuriyyət Günündə ənənəvi olaraq Nyu-Yorkun mərkəzində dalğalanır.

Cümhuriyyət Günü münasibətilə Türkiyə xalqını təbrik edən mer Nyu-Yorkda fəaliyyət göstərən toplumların bütün layihələrinə dəstək verməyə hazır olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi