Nigeriyada gəmi iki yerə bölünüb, 10 nəfər ölüb
Digər ölkələr
- 04 yanvar, 2023
- 23:09
Nigeriyanın şimalındakı Kebbi ştatındakı Niger çayında gəminin batması nəticəsində 10 nəfər həlak olub.
Bu barədə “Report” “France-Presse” agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, göyərtəsində 100-ə yaxın sərnişin olan gəmi çayı keçərkən ikiyə bölünüb, 80-dən çox adam xilas edilib.
Bildirilib ki, dalğıclar 10 sərnişinin cəsədini tapıb və daha 10 nəfər itkin düşüb. İlkin versiyaya görə, hadisəyə səbəb gəminin həddindən artıq yüklənməsidir.
Nigeriyada gəmilərin həddindən artıq yüklənməsi, sürət həddinin aşılması və zəif texniki qulluq səbəbindən mütəmadi qəzalar baş verir. Ötən ilin oktyabrında iki belə insident nəticəsində azı 80 nəfər həlak olub.
Son xəbərlər
17:11
Bakıda və rayonlarda külək güclənəcək
Ekologiya17:11
Foto
Azərbaycan səfirliyi Ukraynada səyyar konsulluq qəbulu təşkil edir
Xarici siyasət17:08
Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olunub
Daxili siyasət17:08
Vens: Əgər iranlılar danışıqları dürüst aparmağa hazırdırlarsa, əlimizi uzatmağa hazırıq
Digər ölkələr17:05
Qaradağda 42 kiloqram narkotik aşkarlanıb
Hadisə17:03
Foto
Naxçıvan MR hökumətinin illik hesabatı qəbul edilib
Daxili siyasət17:01
Kamilo Duran: "Mənim üçün ən vacibi vurduğum qolların "Qarabağ"a titul qazandırmasıdır"
Futbol17:00
Azərbaycandakı sığorta şirkətlərinin xərclərinin məbləğinə görə renkinqi (2025)
Maliyyə17:00