Nigeriyada bir ayda 850-dən çox terrorçu zərərsizləşdirilib

Nigeriyada bir ayda 850-dən çox terrorçu zərərsizləşdirilib Nigeriya hökumət qüvvələri iyun ayında 850-dən çox terrorçunu zərərsizləşdirib.
Digər ölkələr
5 İyul , 2024 02:03
Nigeriyada bir ayda 850-dən çox terrorçu zərərsizləşdirilib

Nigeriya hökumət qüvvələri iyun ayında 850-dən çox terrorçunu zərərsizləşdirib.

"Report" "Newsdiary" portalına istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun nümayəndəsi Olumuyiva Adejobi media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son bir ayda 857 terrorçu zərərsizləşdirilib, daha 1 638 nəfər terror fəaliyyətində şübhəli bilinərək həbs edilib, silahlıların əlində olan 921 girov azad olunub, 894 silah və 21 mindən çox patron aşkar edilərək götürülüb.

Adejobi qeyd edib ki, silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyatlar ilk növbədə radikal qrupların fəaliyyət göstərdiyi şimal ərazilərdə aparılıb.

Son xəbərlər

Orphus sistemi