Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb

Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb Nigeriyada bir həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlar zamanı azı 21 nəfər polis tərəfindən öldürülüb.
Digər ölkələr
8 Avqust , 2024 02:25
Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb

Nigeriyada bir həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlar zamanı azı 21 nəfər polis tərəfindən öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Hüquq-mühafizə orqanları ilə toqquşmalar Azare, Kaduna, Kano, Mayduquri və Sulekha şəhərlərində qeydə alınıb. Polis bəzi yerlərdə gözyaşardıcı qazdan da istifadə edib.

İyulun əvvəlində Nigeriyanın ən böyük həmkarlar ittifaqları federal hökumətlə minimum əmək haqqı ilə bağlı razılığa gələ bilmədikdən sonra tətil etmək qərarına gəliblər. Hökumət rəsmiləri bu məbləği ayda 60 min nayr (təxminən 37 dollar) məbləğində müəyyənləşdirməyi təklif ediblər.

Prezident Bola Tinubu avqustun 4-də iqtisadi vəziyyəti normallaşdıracağını vəd edərək etirazçıları dialoqa çağırıb. Bununla belə, nümayişçilərin əksəriyyəti onun arqumentlərini inandırıcı saymayaraq, mübarizəni davam etdirmək əzmində olduqlarını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi