Netanyahu Livanda atəşkəs planını nazirlərlə müzakirə edəcək

Netanyahu Livanda atəşkəs planını nazirlərlə müzakirə edəcək İsrailin Baş naziri Benyamin Netanyahu əhaliyə müraciətində bildirib ki, o, Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəlib.
Digər ölkələr
26 Noyabr , 2024 23:34
Netanyahu Livanda atəşkəs planını nazirlərlə müzakirə edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu əhaliyə müraciətində bildirib ki, o, Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəlib.

“Report” xəbər verir ki, planın etibarlılıq müddəti hadisələrin inkişafı ilə müəyyən ediləcək.

Belə ki, İsrail “Hizbullah” təşkilatının hücumları halında tam fəaliyyət azadlığı hüququnu özündə saxlayır.

“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verənlərdən asılıdır. Birləşmiş Ştatlarla əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. “Hizbullah” müqavilələri pozarsa və silahlanmağa çalışarsa, sərhədimizə yaxın ərazidə terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd edərsə, hücum edəcəyik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək.

Hökumət başçısı atəşkəs rejiminə razılıq vermək qərarını üç əsas mülahizə əsasında izah edib: İran təhdidinə diqqət yetirmək, silahların tədarükü və qüvvələrin yenidən qurulması və Qəzza zolağında Fələstinin radikal “HƏMAS” qüvvələrinin təcrid edilməsi.

O, israillilərə müraciət edərək söz verib ki, ölkə hakimiyyəti HƏMAS-ın məhvini başa çatdıracaq:

“Biz bütün girovlarımızı qaytaracağıq, Qəzza zolağının bir daha İsraili təhdid etməməsini təmin edəcəyik. Müharibə biz bütün məqsədlərinə çatana qədər, o cümlədən şimal xalqını təhlükəsiz şəkildə evlərinə qaytarana qədər bitməyəcək. Mən sizə demək istəyirəm ki, cənubda necə oldusa, elə də olacaq”.

Son xəbərlər

Orphus sistemi