Netanyahu: İsrail HƏMAS-ın bütün Qəzza zolağında məhv edilməsində qərarlıdır

Digər ölkələr
  • 07 aprel, 2024
  • 12:38
Netanyahu: İsrail HƏMAS-ın bütün Qəzza zolağında məhv edilməsində qərarlıdır
Benyamin Netanyahu

2023-cü il oktyabrın 7-dən İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatının 24 batalyonundan 19-nu komandirlərlə birlikdə məhv edib.

"Report" xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasında Baş nazir Benyamin Netanyahu deyib.

"Bu gün müharibənin başlamasından 6 ay keçir. Biz HƏMAS-ın xeyli sayda terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük", - Netanyahu bildirib.

"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir” - Netanyahu əlavə edib.

Baş nazir, həmçinin qeyd edib ki, İsrail anklavın cənubundakı Rəfah şəhəri də daxil olmaqla, HƏMAS-ın Qəzza zolağının bütün ərazisində məhv edilməsini başa çatdırmaqda qərarlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti