NATO Rusiyanın tələblərini rədd edib, lakin dialoq təklifi irəli sürüb

NATO Rusiyanın tələblərini rədd edib, lakin dialoq təklifi irəli sürüb NATO Rusiya Federasiyasının genişlənməkdən imtinası da daxil olmaqla tələblərini rədd edib, lakin Moskvaya üç istiqamətdə dialoq təklif edib: ikitərəfli əlaqələrin bərpası, o cümlədən diplomatik nümayəndəliklərin açılması; Ukrayna da daxil olmaqla, Avropa
Digər ölkələr
175
27 Yanvar , 2022 00:56
NATO Rusiyanın tələblərini rədd edib, lakin dialoq təklifi irəli sürüb

NATO Rusiya Federasiyasının alyansın genişlənməkdən imtinası da daxil olmaqla tələblərini rədd edib, lakin Moskvaya üç istiqamətdə dialoq təklif edib: ikitərəfli əlaqələrin bərpası, o cümlədən diplomatik nümayəndəliklərin açılması; Ukrayna da daxil olmaqla, Avropa təhlükəsizliyi, risklərin azaldılması və silahlara nəzarət.

“Report” xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq alyansın Rusiyanın təhlükəsizlik təkliflərinə cavabını təqdim edərkən deyib.

"Biz onilliklər ərzində təhlükəsizliyimizin əsaslandığı prinsiplərdən güzəştə gedə bilmərik. NATO Ukrayna kimi istənilən ölkənin üzvlük haqqı hüququna hörmət edir", - o deyib.

"Mən irəliləyişin mümkün olduğu üç sahəni qeyd edəcəm: - birincisi, biz Moskva və Brüsseldəki ofislərimizi yenidən qurmalı, hərbi-hərbi əlaqələrdən tam istifadə etməli və fövqəladə hallar üçün mülki qaynar xətt yaratmalıyıq. İkincisi, Avropa təhlükəsizliyi üzrə dialoq, o cümlədən Ukraynada və onun ətrafında. Üçüncüsü, risklərin azaldılması, şəffaflığın və silahlara nəzarətin artırılması səyləri”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi