NATO: "Rusiya ilə danışıqların şərtlərini yalnız Ukrayna müəyyən edə bilər”

Digər ölkələr
  • 17 avqust, 2023
  • 11:55
NATO: Rusiya ilə danışıqların şərtlərini yalnız Ukrayna müəyyən edə bilər”

“NATO Rusiyaya qarşı müharibədə qələbə qazananadək Ukraynanı dəstəkləyəcək. Rusiya ilə danışıqların şərtlərini yalnız Ukrayna müəyyən edə bilər”.

“Report” “Röyters”ə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Alyansın siyasəti dəyişməzdir: “Danışıqlar üçün hansı şərtlərin məqbul olduğunu ancaq rəsmi Kiyev özü müəyyənləşdirəcək”.

Qeyd edək ki, NATO nümayəndəsi Stian Yenssen bundan əvvəl Ukraynanın quruma üzv olması üçün ərazi güzəştlərinə getməsinin zəruri olduğunu bildirib. Rəsmi Kiyev isə bu təklifi rədd edib.

44 filmi