NATO İranın Albaniyaya yönələn kiberhücumunu pisləyib

NATO İranın Albaniyaya yönələn kiberhücumunu pisləyib “Biz Albaniyanın milli informasiya infrastrukturuna edilən son kiberhücumdan sonra onunla həmrəyik. Müttəfiqlər Albaniyanın və digər müttəfiqlərin kiberhücuma görə məsuliyyəti İran hökumətinə aid edən bəyanatlarını bildirirlər. Biz müttəfiqin sabitliyini
Digər ölkələr
8 Sentyabr , 2022 16:31
NATO İranın Albaniyaya yönələn kiberhücumunu pisləyib

“Biz Albaniyanın milli informasiya infrastrukturuna edilən son kiberhücumdan sonra onunla həmrəyik. Müttəfiqlər Albaniyanın və digər müttəfiqlərin kiberhücuma görə məsuliyyəti İran hökumətinə aid edən bəyanatlarını bildirirlər. Biz müttəfiqin sabitliyini pozmaq və təhlükəsizliyinə zərər vurmaq, həmçinin vətəndaşların gündəlik həyatına müdaxilə etmək məqsədi daşıyan bu cür zərərli kiberfəaliyyətləri qətiyyətlə pisləyirik”.

“Report” xəbər verir ki, bu fikirlər NATO-nun İranın Albaniyaya kiberhücumu ilə əlaqədar bəyanatında qeyd olunub.

“NATO və müttəfiqlər gələcəkdə bu cür zərərli kiberfəaliyyətlərə tab gətirmək və dəf etmək üçün kibermüdafiə imkanlarını gücləndirməkdə Albaniyaya dəstək verir. Zərərli aktorlar kritik infrastrukturumuzu çökdürməyə, dövlət xidmətlərimizə müdaxilə etməyə, kəşfiyyat məlumatları əldə etməyə, əqli mülkiyyəti oğurlamağa və hərbi fəaliyyətlərimizə mane olmağa çalışırlar. Müttəfiqlər kritik infrastrukturlarını qorumaq, dayanıqlıq yaratmaq və kibermüdafiələrini gücləndirmək öhdəliyinə sadiqdirlər. Biz gələcəkdə bu cür zərərli kiberfəaliyyətlərə qarşı ehtiyatlılığımızı artırmağa davam edəcək və mümkün kollektiv cavab tədbirləri də daxil olmaqla, kibertəhlükələrin tam spektrinin qarşısını almaq, onlara qarşı müdafiə və onlara qarşı mübarizə aparmaq üçün bir-birimizi dəstəkləyəcəyik”.

Bəyanatda qeyd olunub ki, Alyans azad, açıq, dinc və təhlükəsiz kiberməkanı təbliğ edir:

“Biz Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri tərəfindən tanınan beynəlxalq hüquqa və kiberməkanda məsuliyyətli dövlət davranışının könüllü normalarına hörməti təşviq etməklə sabitliyi gücləndirmək və münaqişə risklərini azaltmaq üçün səylər göstəririk. Biz bütün dövlətləri kiberməkana normalara əsaslanan yanaşmanı dəstəkləmək üzrə beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq”.

Xatırladaq ki, ötən gün Albaniya İranın bu ölkəyə kiberhücumlarından dolayı rəsmi Tehranla diplomatik əlaqələrini kəsib.

Son xəbərlər

Orphus sistemi