Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Digər ölkələr
  • 11 yanvar, 2016
  • 09:02
Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Naməlum şəxslər bazar günü gecə saatlarında Kölndə 7 əcnəbiyə hücum edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis təcavüzkarların şəhərdə 20 nəfərlik qrup halında hərəkət etdiyini bildirib. Onlar əvvəlcə mərkəzi vağzalın yaxınlığında 6 pakistanlıya hücum edib. Bundan sonra ictimai asayişi pozanlar qruplara bölünüb və 5 nəfərlik qrup bir suriyalıya hücum edib.

Xatırladaq ki, bundan öncə KİV-də Yeni il qabağı Kölndə mərkəzi vağzalın yaxınlığındakı meydanda əsasını miqrantların təşkil etdiyi minə yaxın gəncin ictimai asayişi pozduğu, polisə 500-ə yaxın şikayət ərizəsinin daxil olduğu barədə məlumat yayılmışdı. Hətta qadınların sataşma, təhqir etmə, qarət etmə və təcavüzə məruz qaldığı bildirilmişdi.

İndi istintaq əcnəbilərə hücumların bu olayla bağlılığını da araşdırır.