Mozambik atmosferə zərərli maddələrin tullantılarını azaltdığı üçün Meşə Karbon Əməkdaşlığı Fonundan ("Forest Carbon Partnership") pul alan ilk ölkə olub.
“Report” xəbər verir ki, bu barədə
Ölkənin hakimiyyət orqanları bu vəsaiti tullantıların səviyyəsinin monitorinqi haqqında rəsmi hesabatı təqdim etdikdən sonra alıb. Bundan başqa, Mozambikdə 2020-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər müstəqil yoxlama keçirilib. Ölkə 2019-cu ildən başlayaraq tullantıların miqdarını 1,28 milyon ton azaltmağa nail olub.
Dünya Bankı qeyd edib ki, Mozambikə ödəniş ölkənin tullantıların azaldılması üçün tədbirlərin həyata keçirilməsinə verdiyi töhfəni qiymətləndirmək üçündür. Bu, davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, meşə ehtiyatlarından istifadənin monitorinqi və ya istifadə üçün yararsız torpaqların bərpasıdır.