Monteneqroda meşə yanğınları səbəbindən Təhlükəsizlik Şurasının təcili iclası çağırıla bilər

Digər ölkələr
  • 12 avqust, 2025
  • 15:09
Monteneqroda meşə yanğınları səbəbindən Təhlükəsizlik Şurasının təcili iclası çağırıla bilər

Monteneqro parlamentinin sədri Andriya Mandiç meşə yanğınları ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün ölkə prezidentinə və baş nazirinə müraciət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mandiç “X” hesabında yazıb.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının iclasının çağırılması "insanların həyatının, infrastrukturun, əmlakın və təbii ehtiyatların qorunması üçün təcili tədbirlərin" təsdiqlənməsi üçün zəruridir.

Monteneqroda bir neçə böyük meşə yanğını qeydə alınıb. Ölkənin ən böyük şəhərləri olan Podqoritsa və Nikşiçdə, eləcə də bir sıra sahilyanı bölgələrdə vəziyyət ağırdır.

Ötən gün Serbiya Monteneqroya təcili yardım qismində 5 ton yükgötürmə qabiliyyəti olan helikopter göndərib.

Son xəbərlər

Bütün Xəbər Lenti