Moldovanın dövlət dili dəyişdirilib
Digər ölkələr
- 22 mart, 2023
- 18:08
Moldova prezidenti Maya Sandu feysbuk səhifəsində ölkədə dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq etdiyini bildirib.
“Report”un məlumatına görə, Maya Sandu deyib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.
“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, - dövlət başçısı vurğulayıb.
Sandu bu qərarın Moldova cəmiyyətinin birləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, əlavə edib ki, bəzi insanlar Moldova cəmiyyətini parçalamaq üçün uzun müddətdir ki, Moldova sakinlərinin rumın dilində deyil, moldova dilində danışdıqlarını vurğulayıblar.
Son xəbərlər
13:13
Avstraliya Əbu-Dabi, Dubay və Təl-Əvivdəki diplomatik nümayəndəliklərini bağlayıb
Digər ölkələr13:11
"Bank of Baku"nun səhmdarları dividend ödənişlərini müzakirə edəcəklər
Maliyyə13:06
Salyanda avtoqəzada ölən şəxsin narkotik daşıdığı müəyyən olunub - YENİLƏNİB
Hadisə13:05
Foto
Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi dəstəklənib
Milli Məclis13:02
Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib
Elm və təhsil13:02
Kovaç: Macarıstan nümayəndə heyəti "Drujba" kəmərini yoxlamaq məqsədilə Ukraynaya gedib
Digər ölkələr12:59
Foto
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Ekologiya12:59
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə siqhlərlə bağlı beynəlxalq konfrans keçiriləcək
Xarici siyasət12:46