Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.
"Report" bu barədə "ABC News"a istinadən xəbər verir.
İş üzrə yekun qərar təxminən 13 saat müzakirə edilərək qəbul olunub.
Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunsa da, özünü təqsirli bilməyib.
Senatoru 20 ilə qədər həbs gözləyir, lakin qərardan apellyasiya şikayəti verə bilər.
Bu işdə senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendes də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.
Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.