​Meksikada Zika virusuna yoluxma halları 786-dək artıb

​Meksikada Zika virusuna yoluxma halları 786-dək artıb Ən çox xəstə ölkənin cənubundakı Çyapas və Ohaka ştatlarındadır
Digər ölkələr
12 İyul , 2016 05:20
​Meksikada Zika virusuna yoluxma halları 786-dək artıb

Bakı. 12 iyul. REPORT.AZ/ Meksikada Zika virusuna yoluxma halı 786-dək artıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı məlumata görə, son bir həftə ərzində daha 100 nəfərdə bu virus aşkarlanıb.

Ən çox xəstə ölkənin cənub ərazisi olan Çyapas və Ohaka yoluxma ştatlarındadır. Bu ştatlarda müvafiq olaraq 297 və 204 nəfər Zika virusuna yoluxub.

Virusa yoluxanların 365 nəfəri hamilə qadınlardır. Bununla belə, onlardan nə hansısa patologiya barədə məlumat açıqlanıb, nə onların uşaqları olmayıb. Bu virusa yoluxanların bir hissəsi artıq sağlam uşaq dünyaya gfətirib. Bu körpələrin hamısı iki yaşına çatana qədər xüsusi nəzarəti altında olacaq.

Mütəxəssislərin məlumatına görə, Zika virusu , xüsusilə ABŞ və Braziliyada olan hamilə qadınlarda dölün kəlləsinin həcminin əhəmiyyətli dərəcədə azalması sindromu yarada, həmçinin Giyena-Barre - ağır nevroloji fəsadları yarada bilər.

Son xəbərlər

Orphus sistemi