Meksikada polislə quldurlar arasında atışma olub: ölənlər var

Meksikada polislə quldurlar arasında atışma olub: ölənlər var Atışma zamanı dörd şübhəlinin hamısı öldürülüb
Digər ölkələr
12 İyul , 2017 02:46
Meksikada polislə quldurlar arasında atışma olub: ölənlər var

Bakı. 12 iyul. REPORT.AZ/ Meksikanın Tamaulipas ştatındasa quldurların polis patruluna hücumu zamanı 5 nəfər öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı ştatın İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları patrul xidməti zamanı salonunda hərbi formalı 4 nəfərin olduğu ağ avtomobili müəyyən ediblər. Cinayətkarlar polisə atəş açıblar və bundan sonra gizlənməyə cəhd göstəriblər.

Avtomobilin təqib edilməsi zamanı cinayətkarların maşını digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sürücü ölüb.

Polislərlə cinayətkarlar arasında baş vermiş növbəti atışma zamanı dörd şübhəlinin hamısı öldürülüb. Onların maşınında zirehli geyimlər, qumbaraatanlar, avtomatlar və patronlar tapılıb.

Son xəbərlər

Orphus sistemi