ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb
- 20 oktyabr, 2026
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 74 milyard 3 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 3 milyard 841 milyon ABŞ dolları və yaxud 5,5 % çoxdur.
Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,9 %-i (52 milyard 466,8 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 3,1 faiz bəndi çoxdur.
Əvəzində investisiya portfelində avronun payı 3,2 faiz bəndi azalaraq 16,8 %-ə (10 milyard 993,4 milyon) düşüb.
Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi azalaraq 4,8 % (2 milyard 554,7 milyon), Çin yuanının payı dəyişməyərək 2,3 % (11 milyard 615,3 milyon), yapon yeninin payı 0,1 faiz bəndi artaraq 1,5 % (169 milyon 479,4 min), digər xarici valyutaların payı isə 0,1 faiz bəndi artaraq 3,7 % (2 milyard 743,9 milyon dollar ekvivalentində) təşkil edib.
Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri isə 74 milyard 4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.