Klaudiya Şeynbaum Meksikada keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib- YENİLƏNİB

Klaudiya Şeynbaum Meksikada keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib- YENİLƏNİB Meksikanın hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum, exit-poll nəticələrinə görə, ölkədə keçirilən prezident seçkilərində inamlı liderdir.
Digər ölkələr
3 İyun , 2024 11:39
Klaudiya Şeynbaum Meksikada keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib-  YENİLƏNİB

Meksikanın hakim Morena partiyasının lideri Klaudiya Şeynbaum ölkədə keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib və bildirib ki, rəqibləri artıq ona zəng edərək təbrik ediblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə qərargahda jurnalistlər və tərəfdarları qarşısında çıxışında bildirib.

K.Şeynbaum qeyd edib ki, Milli Seçki İnstitutunun açıqladığı ilkin nəticələrə görə, prezidentlik uğrunda mübarizədə ən yaxın rəqibi ilə arasındakı fərq 30 faizi ötür: “Bu tarixi seçkilərdə bizə səs verən milyonlarla meksikalıya təşəkkür etmək istəyirəm. Qələbəmizi tanıyan zəngə görə müxalifət koalisiyasından Soçitl Qalvezə təşəkkür edirəm”.

07:51

Meksikanın hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum, exit-poll nəticələrinə görə, ölkədə keçirilən prezident seçkilərində inamlı liderdir.

“Report” xəbər verir ki, bu barədə hərəkatın sədri Mario Delqado bildirib.

“Biz ölkəmiz, Latın Amerikası və dünya üçün tarixi əhəmiyyətli məqamda yaşayırıq. Klaudiya Şeynbaum Meksika və Şimali Amerika tarixində ilk qadın prezident olacaq”,- deyə o əlavə edib.

Prezidentliyə əsas namizədlər hakim Morena partiyasından Klaudiya Şeynbaum və müxalifət koalisiyasından Soçitl Qalvezdir.

Qeyd edək ki, Meksikada ümumi seçkilər keçirilib. Meksikalılar ölkənin yeni prezidentini, Konqresin aşağı palatasında 500 yer və 128 senatoru seçiblər. Regional səviyyədə səkkiz qubernator yerlərinin və Mexiko merinin taleyi müəyyənləşəcək.

Seçici siyahılarında 98,3 milyondan çox insan var. Bu qədər insanın asanlıqla səs verməsini təmin etmək üçün seçki komissiyası 170 mindən çox seçki məntəqəsinin açılmasına razılıq verib.

Son xəbərlər

Orphus sistemi