Makron Fransa baş nazirinin istefasını qəbul edib
Digər ölkələr
- 05 dekabr, 2024
- 14:15
Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnyenin hökumətin istefası tələbini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı ölkə Prezidentinə müraciət edib və o, bunu qəbul edib”, - qısa bəyanatda deyilir.
Qeyd olunur ki, Barnye və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər.
Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası hökumətə etimadsızlıq votumu keçirib və səsvermə nəticəsində etimadsızlıq qəbul edilib. Qərar 2025-ci il büdcəsinin qəbulu ilə bağlı mübahisələr fonunda yaranmış siyasi böhranın nəticəsi olub.
Son xəbərlər
15:29
Foto
Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib
İnfrastruktur15:27
Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb
Hadisə15:20
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb
Biznes15:19
Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Biznes15:16
AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib
Maliyyə15:10
"Guba Open 2026" turnirinin qalibi Misrətdin İskəndərov: "Bu nəticə mənim üçün gözlənilməz olmadı"
Fərdi15:07
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya15:05
Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
Xarici siyasət14:58