"LANDAU Lions"un üzvü Orelik Gediminas: "Məğlubiyyətin əsas səbəbi zədəli oyunçuların olmasıdır"
- 20 noyabr, 2026
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın "LANDAU Lions" basketbol klubunun FIBA Avropa Kubokunun VII turunda Slovakiya təmsilçisi "Prievidza"ya uduzmasının səbəbi heyətdə zədəli oyunçuların olmasıdır.
Bu barədə "Report"a komandanın basketbolçusu Orelik Gediminas açıqlama verib.
Litvadan olan 36 yaşlı oyunçu VII turda 93:97 hesabı ilə məğlub olduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Hücumda yaxşı oynadıq. Amma müdafiədə o qədər də yaxşı deyildik. İstədiyimiz kimi çıxış edə bilmədik. Məğlubiyyətin əsas səbəbi komandada hələ də tam sağalmamış zədəli basketbolçuların olmasıdır".
Zədəli olsa da, sözügedən matçda iştirak edən O. Gediminas durumu haqqında da danışıb:
"Özümü yaxşı hiss edirəm, ciddi bir şey yoxdur; bir neçə günə hər şey qaydasında olacaq".
Xatırladaq ki, qrupda keçirdiyi oyunlarda cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 8 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.