Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

Biznes
  • 20 noyabr, 2026
  • 10:52
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 520,6 milyon manat olub.

"Report" yerli bürosu xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

İndiyə qədər bölgədə 3 417 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 10 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 14,9 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 117 553 ədəd yeni nəsil NKA quraşdırılıb.