"Real" Niko Pası 80 milyon avroya heyətinə qaytarmaq niyyətindədir

Futbol
  • 20 noyabr, 2026
  • 11:10
Real Niko Pası 80 milyon avroya heyətinə qaytarmaq niyyətindədir

İspaniyanın "Real" (Madrid) klubu İtaliyanın "Komo" komandasının futbolçusu Niko Pası geri qaytarmaq niyyətindədir.

"Report" COPE-yə istinadən xəbər verir ki, Madrid təmsilçisi yetirməsinin qayıdışı üçün gələn yay 80 milyon avro ödəməyə hazırdır.

Ötən mövsümlərarası fasilədə "Komo" 22 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını "Real"dan 60 milyon avroya alıb. Buna qədər İtaliya klubu oyunçunu 6 milyon avroya icarəyə götürmüşdü.

Qeyd edək ki, cari mövsümdə N.Pas A Seriyası və UEFA Çempionlar Liqasında 14 matçda meydana çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

44 filmi