Maduro Venesuelada yeni ştatın yaradıldığını elan edib

Maduro Venesuelada yeni ştatın yaradıldığını elan edib Venesuela Prezidenti Nikolas Maduro ölkə Milli Assambleyasını Qayana ilə mübahisəli Qayana-Essekibo ərazisini qorumaq üçün qanun qəbul etməyə çağırıb.
Digər ölkələr
6 Dekabr , 2023 05:58
Maduro Venesuelada yeni ştatın yaradıldığını elan edib

Venesuela Prezidenti Nikolas Maduro ölkə Milli Assambleyasını Qayana ilə mübahisəli Qayana-Essekibo ərazisini qorumaq üçün qanun qəbul etməyə çağırıb.

“Report” “Ultimas Noticias”a istinadən xəbər verir ki, qanunun bir hissəsi olaraq Venesuela daxilində yeni ştat yaranacaq.

Maduro həmçinin bu torpaqların sakinləri üçün sosial yardım planının dərhal işə salındığını, siyahıya alınmanı və sənədlərin verildiyini elan edib.

“Qayana-Essekibonun qorunması üçün təşkilati qanunun əsas məqsədlərindən biri Venesuelalıların bir çox nəsilləri tərəfindən arzulanan bu həlli həyata keçirmək və birdəfəlik Venesuelanın 24-cü Qayana-Essekibo ştatını yaratmaqdır”, - dövlət başçısı deyib.

Venesuela lideri vurğulayıb ki, parlamentarilər uzun məsləhətləşmələrdən sonra yaxşı, gözəl qanun qəbul etməlidirlər.

Xatırladaq ki, Venesuelada bazar günü, dekabrın 3-də qonşu Qayana ərazisinin demək olar, üçdə ikisinin ilhaqı ilə bağlı referendum keçirilib. Venesuelalıların böyük əksəriyyəti qərarı dəstəkləyib.

Referendum iştirakçılarının 95%-i Cənubi Amerikanın şimal-şərqindəki neftlə zəngin Essekibo bölgəsinin Venesuelaya daxil edilməsini dəstəkləyib.

Ərazi eyniadlı Essekibo çayının qərbində yerləşir. Bölgənin ümumi sahəsi 160 min kvadratmetrdir, Qayananın dörddə üçünü tutur və onun idarəsi altındadır. İki ölkə bir əsrdən artıqdır, region uğrunda mübahisə edir.

Son xəbərlər

Orphus sistemi