Macarıstan Avropa İttifaqında Borreldən daha uzun müddət qalacağını bildirib

Digər ölkələr
  • 25 oktyabr, 2023
  • 22:38
Macarıstan Avropa İttifaqında Borreldən daha uzun müddət qalacağını bildirib

Macarıstan Avropa İttifaqından çıxmaq niyyətində deyil və Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin postunda qalacağından daha uzun müddət cəmiyyətdə qalacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Cozef Borrelin bəyanatlarını şərh edən Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qerqey Quyyaş deyib.

“Onun xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi olmağından daha uzun müddət Aİ-nin üzvü olacağıq.

Qeyd edək ki, Cozef Borrel AB-nin hazırkı rəhbərliyini digər sosialist ölkələri üzərində siyasi diktatura tətbiq edən SSRİ rəhbərliyi ilə müqayisə edən Macarıstanın baş naziri Viktor Orbanla qiyabi mübahisəyə edib.

Avropa diplomatiyasının rəhbəri deyib ki, heç kim hərbi güc yolu ilə Macarıstanı Aİ-də saxlamır:

“1956-cı ildə Budapeşti və onun küçələrində sovet tanklarını xatırlayıram və Sovet İttifaqının Macarıstanı işğalı ilə Avropa İttifaqının prosesləri arasında heç bir oxşarlıq görmürəm”.

Son xəbərlər

Bütün Xəbər Lenti