KXDR "yüksək gücə malik bərk yanacaq mühərriki"ni uğurla sınaqdan keçirib
Digər ölkələr
- 15 dekabr, 2022
- 23:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şimali Koreya cümə axşamı "yüksək gücə malik bərk yanacaq mühərriki"ni uğurla sınaqdan keçirib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat verib.
Məlumata görə, KXDR-in Sohe raket poliqonunda keçirilən sınaqların nəticələri “yeni tipli strateji silah sisteminin inkişafına zəmanət” verir. Sınaqlara rəhbərlik edən KXDR lideri Kim Çen In yaxın gələcəkdə belə bir silahın yaradılacağına ümid etdiyini bildirib.
“Reuters”in xəbərinə görə, Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib. Cənubi Koreya hərbi ekspertlərinin fikrincə, KXDR noyabrın 18-də 15 min km-dən çox uça və ABŞ materikinə çata bilən “Hvason-17” qitələrarası ballistik raketini buraxıb.
Son xəbərlər
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr