Kim Çen In KXDR-in əsas düşməninin adını açıqladı

Kim Çen In KXDR-in əsas düşməninin adını açıqladı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In ölkənin əsas düşməninin adını açıqlayıb.
Digər ölkələr
3088
9 Yanvar , 2021 02:13
Kim Çen In KXDR-in əsas düşməninin adını açıqladı
Kim Çen In

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In ölkəsinin əsas düşməninin adını açıqlayıb.

Bu barədə “Report” “Yonhap” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, KXDR lideri bu barədə Koreyanın Əmək Partiyasının VIII qurultayında bildirib. Kim Çen In qeyd edib ki, ABŞ-ın KXDR-ə qarşı münasibəti Vaşinqton administrasiyasına kimin rəhbərlik etməsindən asılı olmayaraq dəyişməyəcək. Bu halda o əlavə edib ki, Vaşinqtonun "düşmənçilik siyasətindən" imtinası iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün əsas vasitədir.

Son xəbərlər

Orphus sistemi