Küveyt aeroportuna PUA hücumunda 12 nəfər yaralanıb - YENİLƏNİB
Digər ölkələr
- 28 fevral, 2026
- 22:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Küveyt Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində 12 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə KUNA agentliyi əmirliyin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Digər təfərrüatlar açıqlanmayıb.
Küveyt Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücum nəticəsində bir neçə əməkdaş yüngül yaralanıb, 1 saylı terminalda isə məhdud dərəcədə zərər qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
"PUA Küveyt Beynəlxalq Hava Limanına hücum edib, nəticədə bir neçə əməkdaş cüzi xəsarətlər alıb, 1-ci terminala isə məhdud miqyasda maddi ziyan dəyib", - məlumata bildirilib.
Son xəbərlər
12:13
İspaniya sahillərində tanker qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
Digər ölkələr
12:12
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Ekologiya
12:09
Lənkəranda fərdi ev tamamilə yanıb
Hadisə
12:02
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Xarici siyasət
12:00
Britaniya Ukraynada külək elektrik stansiyasının tikintisinə 11,3 milyon avro ayıracaq
Digər ölkələr
11:51
Polis ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng və 3 avtomat aşkarlayıb
Hadisə
11:44
Foto
Azərbaycan İdman Akademiyasında IV Beynəlxalq Elmi-Praktik Konfrans təşkil edilib
Fərdi
11:44
Yeni texniki reqlament layihələri təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib
Biznes
11:42
Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb
Digər ölkələr