Koşta: İranın nüvə silahı hazırlamasına icazə vermək olmaz
Digər ölkələr
- 16 iyun, 2025
- 11:40
Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta İranın nüvə silahına sahib olmamasına dair əminliyini ifadə edib.
“Report” “İnterfaksa” istinadən xəbər verir ki, A.Koşta bunu bazar ertəsi Kanadada "Böyük yeddilik" sammitinin açılışında bəyan edib.
O bildirib ki, Tehranı bundan imtina etməyə diplomatik yolla inandırmaq lazımdır: "Biz Yaxın Şərqdə səylərimizi artırmalıyıq. İrana nüvə silahı hazırlamağa icazə verilməməlidir. Bu məsələ diplomatik vasitələrlə həll edilməlidir".
A.Koşta, həmçinin Ukrayna ətrafındakı vəziyyəti şərh edib: "Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün kollektiv qətiyyətimizin kursuna sadiq qalmalı, Birləşmiş Ştatların rəhbərliyi altında sülh səylərinə kömək etməliyik".
Son xəbərlər
14:13
Leyla Əliyeva Maskatda Omanın Turizmin İnkişafı Şirkətinin həyata keçirdiyi layihələrlə tanış olub
Xarici siyasət14:12
Yaponiyada 6,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr14:11
Abşeronun bəzi ərazilərində işıq kəsilib
Energetika14:09
Leyla Əliyeva Maskatda Omanın Vəliəhdi ilə görüşüb
Xarici siyasət14:08
Azərbaycanda keçən il 47 kosmetoloji mərkəzdə qanunsuz fəaliyyət aşkarlanıb
Sağlamlıq14:00
Venesuelada neft hasilatının bərpası üçün 183 milyard dollar investisiya tələb olunacaq
Energetika13:55
Pezeşkian: Hökumət iqtisadi böhranı həll etmək üçün pul emissiyasına getməyəcək
Region13:50
İrəvanda Paşinyanın rəhbərliyi ilə "xaç yürüşü" başlayıb
Region13:46