Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb
Digər ölkələr
- 01 fevral, 2025
- 07:09
Bu gün Koreya Respublikasının cənubundakı Çecudo kurort adasının yaxınlığında göyərtəsində 15 heyət üzvü olan iki balıqçı gəmisi saya oturub.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Yerli vaxtla saat 09:24 radələrində sahil mühafizəsinə Çecudo adası yaxınlığındakı sularda iki balıqçı gəmisinin saya oturması barədə məlumat daxil olub.
Onlardan 12 nəfəri xilas edilib, 3 nəfər itkin düşüb. Bir nəfər sonradan həlak olub.
"Xilas edilənlər arasında 32 tonluq gəminin 50 yaşlı kapitanı da var. Onun ürəyi dayanıb, xəstəxanaya gedərkən həkimlər ürək-ağciyər reanimasiyası aparsalar da, həmin şəxs sonradan vəfat edib", - məlumatda bildirilib.
Son xəbərlər
18:00
Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir
Xarici siyasət17:59
Vuçiç: Azərbaycan və Serbiya ən mürəkkəb məqamda bir-birinin yanında olub
Xarici siyasət17:58
Serbiya Prezidenti Azərbaycanla enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb
Xarici siyasət17:56
Vuçiç: Azərbaycan və Serbiya kənd təsərrüfatı məhsullarının mübadiləsini müzakirə edib
Xarici siyasət17:52
Aleksandar Vuçiç Azərbaycana səfər edəcək
Xarici siyasət17:51
Serbiya Prezidenti: Azəbaycanla ticarət dövriyyəsi 16 dəfə artıb
Xarici siyasət17:49
Vuçiç: Serbiyanın Azərbaycandan öyrənməli olduğu məqamlar çoxdur
Xarici siyasət17:48
Video
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış edirlər
Xarici siyasət17:47